Müsəlman qadınları üçün çimərlik geyimi hazırlandı - FOTO
Müsəlman qadınları üçün çimərlik geyimi hazırlandı - FOTO
11 Dekabr 2019 16:23 DünyaABŞ-ın məşhur idman şirkəti "Nike" bir yeniliyə imza atıb.
Olaylar.az ölkə.az-a istinadən bildirir ki, şirkət müsəlman qadınlar üçün çimərlik geyimi istehsalına başlayır.
Şirkətdən verilən açıqlamaya görə, "The Victory" adlanan kolleksiya, bütün "Nike" mağazalarında 2020-ci il fevralın 1-dən satışa çıxarılacaq.
Tamamilə qapalı çimərlik geyimi, üzgüçülük üçün ayrıca hicab və günəşdən qoruyan, tez quruyan yüngül parçadan hazırlanıb.
Qeyd edək ki, bundan başqa şirkət 2017-ci ildə müsəlman qadınları üçün idman hicabının istehsalına da başlayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31