Yeni ölkə yaranır: Əhali referendumda müstəqilliyi seçdi
Yeni ölkə yaranır: Əhali referendumda müstəqilliyi seçdi
11 Dekabr 2019 13:20 DünyaSakit okeanın Bugenvil adasında referendumun keçirilməsinə nəzarət edən komissiya səslərin sayılmasını başa çatdırıb: ada əhalisinin 97 faizi Papua-Yeni Qvineyadan ayrılaraq müstəqillik əldə etmək fikrini dəstəkləyib.
Referendumda iştirak edənlərin 176 min 928 nəfəri müstəqillik, 3 min 43 nəfəri isə Papau-Yeni Qvineyanın tərkibində geniş muxtariyyət üçün səs verib.
Ümumilikdə komissiya tərəfindən 181 min 67 bülleten qeydiyyata alınıb.
Qeyd edək ki, Bugenvil adasının Papua-Yeni Qvineyadan ayrılaraq müstəqillik əldə etməsi ilə bağlı referendum 23 noyabrdan 7 dekabra qədər iki həftə ərzində davam edib.
xeber.im
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31