Trampın planları pozuldu – Pentaqonun büdcəsinə toxuna bilməyəcək

Trampın planları pozuldu – Pentaqonun büdcəsinə toxuna bilməyəcək

El Pasonun federal hakimi David Briones ABŞ prezidenti Donald Tramp administrasiyasının Meksika ilə sərhəddə divar ucaltmaq üçün Pentaqonun büdcəsindən 3,6 milyard dollar sərf etməsinə icazə vermədi.

Bu barədə "The Washington Post"a istinadən xəbər verilir.

Nəşrin məlumatına görə, Ağ Evin divarın tikintisi üçün fövqəladə vəziyyət elan etməklə vəsait ayırması cəhdi qanunsuz hesab edilib.

Qeyd olunur ki, tikintini qadağan etməyi tələb edən iddiaçılar El Paso dairəsi və "Border Network for Human Rights" təşkilatıdır.

Məlumata əsasən, məhkəmə qərarı ilə divarın tikilməsi üçün vəsaitlərin yenidən bölüşdürülməsinə daimi qadağa qoyulur.

AzNews.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31