Aleyna Tilkiyə bənzəmək üçün burnunu əməliyyat etdirdi

Aleyna Tilkiyə bənzəmək üçün burnunu əməliyyat etdirdi

Məşhur türk komediya ustası Yavuz Seçkin ötən gün burnunu əməliyyat etdirib.

Canlandırdığı obrazların daha inandırıcı olması üçün burnunu əməliyyat etdirən komediya ustası əməlliyyatdan qabaq etdiyi zarafatlarla hamını güldürüb.

Həkimə "Mənə Can Yaman burnu və eqosundan düzəlt" deyən Seçkinin əməliyyatı təxminən 20 dəqiqə çəkib.

Məşhurları təqlid edərək milyonların sevgisini qazanan Yavuz Seçkin öz açıqlamasında bu sözləri deyib:

"Bəzi obrazları bu burunla parodiya etmək çətin olur. Məsələn Aleyna Tilkini obrazını təqlid edə bilmirəm, onun dik və kiçik bir burnu var. Bu səbəbdən burnumu bir az kiçiltməyim lazımdır".

AzNews.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31