XXI əsrin savaşı: 4 nəhəng toqquşa bilər
XXI əsrin savaşı: 4 nəhəng toqquşa bilər
11 Dekabr 2019 11:43 DünyaÇin, Yaponiya, Rusiya və ABŞ XXI əsrdəki savaşların iştirakçısı ola bilərlər.
Bunu Rusiya Raket və Artilleriya Elmləri Akademiyası prezidentinin müavini Konstantin Sivkov deyib. Onun sözlərinə görə, hadisələrin belə variantda inkişafı dünyadakı güc mərkəzlərinin birbaşa və ümumi müharibəsi zamanı mümkündür.
Sivkov Rusiya Hərbi Dəniz Donanması və ABŞ Hərbi Dəniz Qüvvələrinin Atlantik və Sakit okeanda toqquşa biləcəklərini söyləyib. O, Çin, Rusiya, ABŞ və Yaponiya arasında da toqquşmaların yaşana biləcəyini deyib. Proqnoza görə, bu hərbi toqquşmalar raket-nüvə qarşıdurması xarakteri daşıya bilər.
Sivkov nüvə silahından bu savaşda uduzan tərəfin istifadə edəcəyini qeyd edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31