Fransada tətil davam edir – Etirazçılar avtobus parklarını bağlayıblar

Fransada tətil davam edir – Etirazçılar avtobus parklarını bağlayıblar

Fransada pensiya islahatlarına qarşı kütləvi tətil iştirakçıları səhər saatlarında Parisin İl de Frans regionundakı avtobus parklarını bağlamağa başlayıblar.

Olaylar.az xarici mdiaya istinadən bildirir ki, Məlumata görə, 25 parkdan 7-si bağlanıb, digərlərinin işlərində problemlər yaranıb.

Fransa Milli Dəmir Yolları Cəmiyyətinin (SNCF) məlumatına görə, bu gün cədvəl üzrə hərəkət etməli olan beş yüksəksürətli TGV qatarından yalnız biri, beş "Transilien" şəhərətrafı "elektriçka"sından yalnız biri, 10 TER regional qatarından yalnız üçü işləyir.

"Sytadin" xidmətinin məlumatına görə, ümummilli səfərbərliyin yeni günü ilə əlaqədar paytaxt regionundakı tıxaclar 400 km-ə qədər çatıb. 

Qeyd edək ki, Fransada kütləvi etirazlar dekabrın 5-də başlayıb. Nəqliyyat işçilərinin başlatdığı ümummilli tətil aksiyasına elə həmin gün həkimlər, müəllimlər, hüquqşünaslar, yanğınsöndürənlər və bir çox digər peşə nümayəndələri qoşulub.
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31