Nur-Sultanda Suriya görüşünün 14-cü raundu başladı
Nur-Sultanda Suriya görüşünün 14-cü raundu başladı
10 Dekabr 2019 12:33 DünyaSuriya ilə bağlı Astana formatı üzrə danışıqların 14-cü raunduna start verilib.
Bunu jurnalistlərə açıqlamasında Qazaxıstan Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Aybek Smadiyarov deyib. O, görüşdə iştirak üçün Nur-Sultana bütün nümayəndə heyətlərinin gəldiyini bildirib.
Smadiyarov yaxın zamanlarda ikitərəfli və çoxtərəfli məsləhətləşmələrin başladılacağını söyləyib. O, iclasda İran, Rusiya, Türkiyə, Suriya, İordaniya, Livan və İraqın, eyni zamanda Suriya müxalifətinin iştirak edəcəyini bildirib.
axar.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31