Sinqapurda rus gəmisi saxlanılıb

Sinqapurda rus gəmisi saxlanılıb

Sinqapurda Rusiyaya aid olan Sevastopol gəmisi saxlanılıb. Olaylar.az xəbər verir ki, gəminin ABŞ-ın tətbiq etdiyi sanksiyalar səbəbilə saxlandığı bildirilir. Gəminin sahiblərinin ifadələrinə görə Sinqapur yaxınlığında gəmidə nasazlıq meydana gəlib. Gəmiyə qarşı sanksiayalar tətbiq edildiyinə görə bir çox şirkət gəmini təmir etməkdən imtina edib. Rusiyadan gələn təmirçi heyətinin Sinqapurun səlahiyyətli orqanları liman ərazisnə girişinə icazə verməyib. Gələn xəbərlərə görə Sinqapur gəmini müsadirə edərək satmağı planlaşdırır. Qeyd edək ki, gəminin sahibləri ABŞ və onun müttəfiqləri tərəfindən Şimalı Koreya gəmilərini qaçaq neft məhsulları təmin etməklə ittiham olunurlar.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31