Çexiyada baş verən atışmada 4 nəfər ölüb

Çexiyada baş verən atışmada 4 nəfər ölüb

Çexiyanın Ostrava şəhərində yerləşən xəstəxanada atışma olub.

Faktı Çexiyanın Daxili İşlər naziri Jan Hamacek təsdiqləyib.

Məlumata görə, Ostrava şəhər xəstəxanasında silahlı şəxs insanlara atəş açıb, hadisə nəticəsində 4 nəfər ölüb, bir neçə nəfər yaralanıb.

İnsident bu gün yerli vaxtla səhər saat 07:00-da baş verib.

Şübhəlinin axtarışı üzrə əməliyyat davam edir.

apa.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31