Uşaq 4 saat xəstəxanada betonun üstündə qaldı - İşə Baş nazir qarışdı

Uşaq 4 saat xəstəxanada betonun üstündə qaldı - İşə Baş nazir qarışdı

Sosial şəbəkələrdə yayılan görüntülər etiraz doğurub.

Fotoda azyaşlı xəstə uşağın beton döşəmədə yatması əks olunub. Onun ağzına oksigen maskası da taxılıb.

Kadrlar İngiltərədə, Lids şəhərindəki xəstəxanada çəkilib. 4 yaşlı Jack Williment adlı uşaq soyuqladığına görə valideynləri tərəfindən xəstəxanaya aparılıb. Lakin, həkimlər xəstəxanada yer olmadığına görə uşağı beton döşəmənin üzərində yatdırıb, sistem qoşublar.

Məsələ ilə bağlı ITV kanalı Britaniyanın Baş naziri Boris Consonun fikrini öyrənib. Siyasətçi fotoya baxdıqdan sonra dəhşətə gəldiyini bildirib və uşağın ailəsindən üzr istəyib.

milli.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31