İngiltərə şok içində: Xəstə uşağa yer tapılmadı – Baş nazirin jesti

İngiltərə şok içində: Xəstə uşağa yer tapılmadı – Baş nazirin jesti

İngiltərə Baş naziri Boris Conson xəstəxanaya gətirilən 4 yaşlı uşağın çarpayı olmadığı üçün saatlarla beton üzərində uzanmağa məcbur olması olayına görə üzr istəyib.

"Mirror" qəzeti 4 yaşlı Cak Villimentin sətəlcəm xəstəliyi şübhəsi ilə Leeds şəhər xəstaxanaya gətirildiyini, amma boş çarpayı olmadığı üçün ona ksigen balonu taxılıb və o 4 saat beton qat üzərində yatmağa məcbur qalıb.

Yayılan fotolarda körpənin anası Sarah Villimentin uşağın altına və üstünə nəsə sərdiyi görünür. 4 saat yerdə qalan uşaq sonradan boşalan bir palataya aparılıb.

Bu xəbər İngiltərədə şok yaradıb.

Baş nazir Boris Conson bildirib ki, uşaqla bağlı çəkilən foto çox qorxuncdur, buna görə uşağın ailəsində və hər kəsdən üzr istəyir.

O, əlavə edib ki, problem ciddi şəkildə araşdırılacaq.

Teleqraf.com

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31