Gürcüstanda iki nəfər “donuz qripi”nə yoluxub
Gürcüstanda iki nəfər “donuz qripi”nə yoluxub
10 Dekabr 2019 10:28 DünyaGürcüstanda qış mövsümündə ilk dəfə "donuz qripi"nə (H1N1) yoluxma halı qeydə alınıb.
Bu barədə Xəstəliklərə Nəzarət üzrə Milli Mərkəzin yoluxucu xəstəliklər şöbəsinin rəhbəri Xatuna Zazaşvili bildirib.
Onun sözlərinə görə, virusa Batumi şəhərində yeniyetmə yoluxub. Eyni zamanda, Tbilisidə bir nəfər azyaşlı H2N3 virusuna yoluxub. Zazaşvili uşağın yaşını dəqiqləşdirməyib. Hər iki xəstə ötən həftə xəstəxanaya yerləşdirilib. Hazırda onların səhhəti yaxşıdır.
qafqazinfo.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31