Rusiyada banka silahlı basqının görüntüləri yayılıb

Rusiyada banka silahlı basqının görüntüləri yayılıb

Rusiyanın Naxodka şəhərində banka silahlı soyğunun görüntüləri yayılıb.

Bu barədə kadrları "PrimaMedia" yayımlayıb.

Bildirilir ki, soyğunçu əmanət bankına saat 9 radələrində - açılmazdan az əvvəl girib. Daha sonra silahını çıxararaq, əmanətxanaya aparılmasını tələb edib. Soyğunçu kredit təşkilatının 3 əməkdaşının yanında bir neçə bağlama pul alaraq çantasına doldurub və binanı tərk edib.

İlkin məlumatlara görə, kişi azı 6 milyon rubl (təqribən 160000 AZN) aparıb. Hələ ki, onun izini tapmaq mümkün olmayıb.

Bunula bağlı olaraq hüquq-mühafizə orqanları şəhərdə əməliyyata başlayıblar. Yerli sakinlərdən biri "RİA Novost"yə bildirib ki, polislər şəhərdən çıxan bütün avtomobilləri yoxlayırlar.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31