Şəlalələr buz tutdu
Türkiyənin Sivas şəhərində havanın hərarətinin sıfırdan aşağı enməsi ilə dondurucu soyuqlar təsirini hiss etdirməyə başlayıb
9 Dekabr 2019 16:26 DünyaTürkiyənin Sivas şəhərində havanın hərarətinin sıfırdan aşağı enməsi ilə dondurucu soyuqlar təsirini hiss etdirməyə başlayıb. Sivasın Divrigi mahalında gün ərzində havanın hərarəti mənfi 10 dərəcəyə qədər düşdüyü və Qaraağaçlı kəndində şəlalələrin donduğu bildirilib.
Qeyd edək ki, donmuş şəlalə və çayı çəkib nümayiş etdirən kənd sakini Ümit Yalçın havanın çox soyuq olduğunu, insanların nəfəs almaqda belə çətinlik çəkdiklərini bildirib.
sia.az


Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31