Əfqanıstanda partlayış: səkkiz hərbçi öldü
Əfqanıstanda partlayış: səkkiz hərbçi öldü
9 Dekabr 2019 15:14 DünyaƏfqanıstanın Hilmənd vilayətində bomba quraşdırılmış maşının partladılması nəticəsində azı 8 hərbçi həlak olub.
Olaylar.az xəbər verir ki, bu barədə yerli mənbələrə istinadən "Sinxua" agentliyi məlumat yayıb.
Partlayışı təşkil edən terrorçu-kamikadze də ölüb.
Yerli "Tolo Nyus" televiziya kanalının məlumatına əsasən, avtomobil təhlükəsizlik qüvvələrinin nəzarət-buraxılış məntəqəsinin yaxınlığında partladılıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31