“Tesla” hərbiçilərə qadağan edildi

“Tesla” hərbiçilərə qadağan edildi

Norveç yeni "F-35" döyüş təyyarələrinin saxlanıldığı Orland aviabazasının əməkdaşlarına "Tesla" şirkətinin avtomobillərini müəyyən ərazilərdə sürməyə qadağan edib.

Olaylar.az xarici mediaya istinadən bildirir ki, norveçli hərbçilər bu qərarı milli təhlükəsizliyi təmin etmək üçün qəbul ediblər.

Məlumata görə, qərarın qəbul edilməsinə "Tesla" avtomobillərində quraşdırılmış "Keşikçi" (Sentry) rejimi olub. Bu sistem avtomobilə quraşdırılmış kameralar vasitəsilə davamlı olaraq ətrafı nəzarətdə saxlayır, vəziyyəti videogörüntüyə alır, bununla da avtomobili oğurlanmaqdan və ya vandalizmdən qoruyur.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31