“Ərdoğan da daxil olmaqla…” - Kılıçdaroğlundan Davudoğluna dəstək gəldi

“Ərdoğan da daxil olmaqla…” - Kılıçdaroğlundan Davudoğluna dəstək gəldi

Türkiyənin Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Kamal Kılçdaroğlu keçmiş baş nazir Əhməd Davudoğlunun prezident də daxil olmaqla bütün siyasətçilərin mülkiyyətlərinin araşdırılması çağırışına cavab verib.

Olaylar.az  xəbər verir ki, CHP lideri keçmiş baş nazirin bu təşəbbüsünü dəstəklədiyini bildirib.

O, prezident də daxil olmaqla hər kəsin mülkiyyətinin parlament səviyyəsində araşdırılmasına ehtiyacın olduğunu deyib:

"Davudoğlunun çağırışı yerində olan çağırışdır. Hörmətli Ərdoğan buna razılıq versə, o zaman ABŞ Konqresinə mesaj vermiş olacağıq ki, siz yox, özümüz araşdıracağıq".

Əhməd Davudoğlu keçmiş prezidentlər də daxil olmaqla ölkədəki bütün siyasətçilərin mülkiyyətlərinin araşdırılması barədə parlamentə müraciət edib.

teleqraf.com

Kitab oğurlayan Meksika səfiri ölkəsinə geri çağırılır - Video

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31