Moskvada erməni baş həkim həbs edildi

Moskvada erməni baş həkim həbs edildi

Moskvada 27 saylı doğum evinin keçmiş rəhbəri Marina Sarmosyan həbs edilib. Məhkəmə zərərçəkmişlərin şikayəti əsasında onun barəsində həbs qərarı çıxarıb.

Belə ki, Sarmosyan guya təbii doğuşu dəstəklədiyini deyərək, rəhbərlik etdiyi klinikada az sayda keysəriyyə əməliyyatı aparması ilə qürur duyduğunu bildirib. Ancaq sonradan məlum olub ki, ehtiyacı olan insanlarla belə edilməyib. Nəticədə 4 uşaq xəsarət alıb. Onlardan biri ölüb. Erməni baş həkimə qarşı "laqeydlik" və "təhlükəsizlik tələblərinə cavab verməyən xidmətlər göstərmək" maddələri ilə cinayət işi açılıb.

"Xəstəxanada keysəriyyə əməliyyatı aparmaqdan imtina edilmiş dörd zərərçəkmişin ifadələri əsasında cinayət işi açılıb və nəticədə uşaqlar doğuş zamanı xəsarət alıblar", - deyə məlumatda bildirilib.

Moskva Səhiyyə İdarəsi Sarmosyanın baş həkim olduğu doğum evinin rəhbərliyinin tamamilə dəyişdiriləcəyini açıqlayıb.

azvision.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31