Keniyada binanın çökməsi nəticəsində ölənlərin sayı 7 nəfərə çatıb
Keniyada binanın çökməsi nəticəsində ölənlərin sayı 7 nəfərə çatıb
8 Dekabr 2019 20:49 DünyaBu gün xilasedicilər Keniyada iki gün əvvəl çökən altımərtəbəli binanın dağıntıları altından 2 nəfəri çıxara bilib.
Bu barədə yerli "Citizen TV" telekanalı məlumat yayıb.
Hadisə cümə günü yerli vaxtla saat 09.00 radələrində Nayrobinin Embakasi dairəsində baş verib. Hadisə yerində xilasetmə işləri davam edir. İndiyə qədər 35 nəfər xilas edilib.
Hadisə zamanı ölənlərin sayı isə 7 nəfərə çatıb, 11 nəfər itkin düşmüş sayılır.
apa.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31