Rəssam həmkarının 120 minlik əsərini yedi

Rəssam həmkarının 120 minlik əsərini yedi

Rəssam Devid Datuna ABŞ-ın Mayami şəhərində keçirilən "Art-Bazel" müasir incəsənət sərgisində nümayiş olunan həmkarı Maurizio Kattelana məxsus əsəri yeyib.

Əsər divara yapışdırılmış banan olub və Fransadan olan kolleksiyaçıya 120 min dollara satılıbmış.

Rəssamın sözlərinə görə, bananı yeməklə "Ac rəssam" performansını yaradıb.

"Banan isə çox dadlı idi", - Datuna bildirib.

Sərginin təşkilatçıları divara yeni banan yapışdırıblar. Əsərin yanında polis keşik çəkir.

Kult.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31