Əl sıxıb salamlaşmayın - İranlı nazirdən çağırış
8 Dekabr 2019 13:49 Dünyaİranın səhiyyə nazirinin müavini Əli Rza Rəisi sentyabrdan bu günədək H1N1 virusu nəticəsində 81 nəfərin öldüyünü açıqlayıb.
Nazirlik rəsmisi epidemiyaya nəzarət etmək üçün vətəndaşlara gigiyena şərtlərinə riayət etmələri və heç kəslə əl sıxıb görüşməmələri barədə çağırış edib.
Rəisi son bir həftədə 8 min 333 nəfərin donuz qripi şübhəsi ilə xəstəxanalara müraciət etdiyini bildirib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31