Ukraynada matəm elan edildi - BU SƏBƏBDƏN

Ukraynada matəm elan edildi - BU SƏBƏBDƏN

Odessada kollecdə baş verən yanğın nəticəsində ölənlərin sayı 8-ə çatıb.

Bu barədə Odessa vilayəti polisinin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, dekabrın 4-də baş verən yanğının söndürülməsi zamanı xəsarət alan 1976-cı il təvəllüdlü xilasedicinin həyatını qurtarmaq mümkün olmayıb.

Daha səkkiz nəfərin taleyi isə naməlum olaraq qalır. Yanğın baş verən kollecdə itkin düşənlərin axtarışları davam edir. Yanğın nəticəsində 30-a yaxın insan xəsarət alıb.

Ukrayna Prezidenti Vladimir Zelenski baş verən faciə ilə bağlı dekabrın 8-də ölkə üzrə matəm elan edilməsinə dair sərəncam verib.

Qeyd edək ki, dəhşətli yanğına səbəb kimi elektrik naqillərinin qısaqapanması göstərilir. Faktla bağlı cinayət işi açılıb.(Azərtac)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31