Şahzadə Diananın libası 765 minə satışa çıxarılır
Şahzadə Diananın libası 765 minə satışa çıxarılır
6 Dekabr 2019 18:39 DünyaŞahzadə Diana ölümündən 22 il keçsə də, hələ də tez-tez gündəmə gəlir.
Dəb ikonu olan şahzadənin ən çox tanınan 8 libasından biri Londonda auksiona qoyulacaq.
Geyimin dəyəri isə 450 min dollardır (təxminən, 765 min manat).
Şahzadə sözügedən libası 1985-ci ildə ABŞ Prezidenti Ronald Riqanın Ağ Evdə verdiyi dəvətdə geyinib.
Qeyd edək ki, Diana həmin geyimdə Con Travolta ilə olan rəqsinə görə yadda qalmışdı.

Unikal.org
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31