"Nasisit salamlaması"na görə həbsxananın onlarla nəzarətçisi işdən qovulacaq
6 Dekabr 2019 18:09 DünyaAmerikanın Qərbi Virciniya ştatında islah müəssisəsinin onlarla əməkdaşı "nasist salamlaşması" ilə şəkil çəkdirdikdən sonra qubernator onların işdən azad olunmasını tələb edib.
Bu barədə "Vice News" xəbər verir.
Şəkildə həbsxananın uniformada olan əməkdaşlarının əllərini "nasist salamlaşması" formasında tutduğu görünür. Divarda isə "Hail Byrd" yazısı asılmışdı. Bu da sinif direktorunu salamlamağa işarə idi.
Şəkildə görüntülənən şəxslərdən bəziləri işdən qovulub. Lakin qubernator Cim Castis onların hamısının işdən kənarlaşdırılmasını tələb edib.
"Mən ən qərarlı şəkildə bu fotonu tənqid edirəm. Bu, yolverilməzdir", - deyə o, bildirib.
xeber.im
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
