Poroşenkodan Zelenskiyə məsləhət: Putinlə təkbətək görüşmə!
Poroşenkodan Zelenskiyə məsləhət: Putinlə təkbətək görüşmə!
6 Dekabr 2019 17:32 DünyaUkraynanın keçmiş Prezidenti Pyotr Poroşenko Parisdə keçiriləcək qarşıdan gələn "Normand formatı" (Fransa, Almaniya, Rusiya Federasiyası və Ukrayna) sammitinə görə narahat olduğunu açıqlayıb.
Poroşenko həmçinin Ukrayna Prezidenti Vladimir Zelenskiyə Rusiya lideri Vladimir Putinlə təkbətək görüşməməyi məsləhət görüb.
"Ən vacib məsləhət: Putinə güvənməmək... Putinlə göz-gözə görüşdən qaçmağı məsləhət görərdim", - Poroşenko bildirib.
Keçmiş prezident, həmçinin, Zelenskiyə "qaz məsələsi"ni "Normand sammiti"nin ümumi gündəliyinə salmamağı tövsiyə edib. Onun fikrincə, sözügedən məsələ Ukraynanın razılaşmalar zamanı mühüm güzəştlər etməsinə səbəb ola bilər.
minval.info
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31