Britaniyaya 100 milyon zərər vuran haker Rusiya agenti çıxdı

Britaniyaya 100 milyon zərər vuran haker Rusiya agenti çıxdı

ABŞ-ın Maliyyə Nazirliyi "Evil Copr" haker qrupunu, Rusiyanın altı kompaniyası və 17 nəfəri sanksiya siyahısına salıb. Onlar banklardan 100 milyon dollardan artıq pul oğurlamaqda ittiham olunurlar.

Bu barədə "Daily Mail" xəbər verib.

ABŞ hökumətinin iddiasına görə, "Evil Copr"un lideri Maksim Yakubeç nəinki haker təşkilatının rəhbəridir, həmçinin, rus agentidir.

"Maksim Yakubeç Rusiya hökumətinə birbaşa kömək edir və 2017-ci ildən etibarən Rusiya Federal Təhlükəsizlik Bürosuna işləyib", - deyə qurumdan bildirilib.

Onun yeri barədə məlumat verənə isə beş milyon dollar mükafat təyin olunub. Beləliklə, o, 2015-ci ildə üç milyon dollar mükafat təyin edilən digər rus haker Yevqeniy Boqaçovun rekordunu qırıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31