Zelenski: "Ordumuz NATO-ya uyğunlaşdırılacaq"

Zelenski: "Ordumuz NATO-ya uyğunlaşdırılacaq"

Ukrayna Prezidenti Vladimir Zelenski silahlı qüvvələrin sözdə deyil, əməldə NATO standartlarına uyğunlaşdırılacağı vədini verib.

O, bunu Donbasda ukraynalı əsgərlərlə görüş zamanı söyləyib.

Görüş Prezidentin ofisinin Feysbuk səhifəsində canlı yayımlanıb.

"Ordusuna dəstək verməyən və qayğı göstərməyən ölkəyə heç kim hörmət etməz. Buna görə biz Ukrayna Silahlı Qüvvələri üçün tələb olunan dəyişiklikləri həyata keçirmək məqsədilə əlimizdən gələni edəcəyik", - deyə Zelenski bildirib.

Axar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31