Türkiyədə 18 ton sianid müsadirə edilib

Türkiyədə 18 ton sianid müsadirə edilib

Türkiyənin şərqindəki Ağrı vilayətində keçirilmiş əməliyyat nəticəsində 18 ton sianid müsadirə edilib.

Əməliyyat Türkiyənin İranla sərhədində keçirilib.

Əməliyyat çərçivəsində 5 qaçaqmalçı saxlanılıb.

Qeyd edək ki, ötən ay Türkiyədə iki ailə (ümumilikdə 8 nəfər) sianid içərək intihar etmişdi.

trend.az 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31