İŞİD-çilərin ailələri Suriyadan çıxarıldı - ABŞ-dan gözlənilməz qərar
İŞİD-çilərin ailələri Suriyadan çıxarıldı - ABŞ-dan gözlənilməz qərar
6 Dekabr 2019 16:32 DünyaABŞ hərbi qüvvələri İŞİD terror təşkilatı üzvlərinin Suriyanın Haseke bölgəsində saxlanılan ailələrinin bir hissəsini İraqa aparıb.
Bu barədə Suriyanın rəsmi dövlət agentliyi SANA məlumat yayıb.
Məlumata görə, İraqa aparılan 600 nəfər Hasekedəki Əl-Xol düşərgəsində saxlanılırdılar.
Hasekenin böyük bir hissəsinə ABŞ-ın dəstək verdiyi Suriya Demokratik Qüvvələri (SDQ) nəzarət edir.
Suriya İnsan Haqları Müşahidə Missiyasının bir neçə gün əvvəl yaydığı açıqlamada 110 İŞİD-çi ailənin SDQ tərəfindən sərbəst buraxıldığı açıqlanmışdı.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31