Himn səsləndi, Merkel yenə titrədi

Himn səsləndi, Merkel yenə titrədi

Almaniya kansleri Angela Merkel Qazaxıstan Prezidenti  Kasım-Jomart Tokayev ilə görüşü zamanı yenə titrəyib. 

Qazaxıstan Prezidenti ilə görüşdə hərbi salamlaşma zamanı Merkel və Tokayev üçün iki stul qoyulub. Himn səslənəndə A.Merkel oturduğu yerdən qalxa bilməyib və himni oturduğu vəziyyətdə dinləyib. Bu hadisə Almaniyada yenə də Merkelin sağlamlığını müzakirə obyektinə çevirib.

Xatırladaq ki, eyni hadisə Merkelin Hindistan və Çin səfəri zamanı da müşahidə olunmuşdu. Bu ilin yayından bəri Almaniya kanslerinin sağlamlığında problemlər var.

Yenisabah.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31