Atambayevin məhkəməsi baş tutmadı – Hakim prosesə gəlmədi
Atambayevin məhkəməsi baş tutmadı – Hakim prosesə gəlmədi
6 Dekabr 2019 16:03 DünyaQırğızıstanda respublikanın sabiq prezidenti Almazbek Atambayevin də təqsirləndirildiyi cinayət işi üzrə bu günə təyin olunan məhkəmə iclası baş tutumayıb.
Bu barədə "RİA Novosti" keçmiş dövlət başçısının müşaviri Kunduz Joldubayevaya istinadən xəbər yayıb.
Qeyd olunur ki, söhbət kriminal avtoritet Əziz Batukayevin qanunsuz olaraq azadlığa buraxılması ilə bağlı cinayət işindən gedir.
"Batukayevin işi üzrə məhkəmə hakimin xəstəliyi səbəbindən təxirə salınıb. İclasın vaxtı hələ təyin olunmayıb", - deyə o bildirib.
Almazbek Atambayev avqustun 8-də təhlükəsizlik qüvvələrinin onun iqamətgahına hücumu zamanı tutulub. Qırğızıstanın keçmiş rəhbəri beş cinayətdə iştirakda şübhəli bilinir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31