“İran ətrafında dağıdıcı proses başlayıb” – Rusiyadan kritik açıqlama
“İran ətrafında dağıdıcı proses başlayıb” – Rusiyadan kritik açıqlama
6 Dekabr 2019 14:32 Dünya"2015-ci ildə İran və "altılıq" ölkələri arasında imzalanmış nüvə müqaviləsi ləğv edilə bilər".
Bunu Rusiya Xarici işlər nazirinin köməkçisi Sergey Ryabkov deyib.
Rus diplomat sözügedən müqavilə ətrafında dağıdıcı prosesin getdiyini bildirib:
"İranla imzalanmış nüvə müqaviləsi ətrafında dağıdıcı prosesin qarşısını almaq mümkün olmaya bilər. Problemlər həll edilmir, üst-üstə yığılıb qalır. İranın üzərinə götürdüyü öhdəlikləri azaltması yox, bu sazişə imza atan dövlətlərin həllə səy göstərməməsi prosesi çıxılmaz dalana sürüyə bilər.
"Qatarı əldə buraxma" riski getdikcə yüksəlir, məsələni şişirmirəm, baş verənlər narahatlıq yaradır".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31