1,5 milyon insan küçələrə axışdı - Avropa çalxalanır
1,5 milyon insan küçələrə axışdı - Avropa çalxalanır
6 Dekabr 2019 14:25 DünyaFransa tarixinin ən böyük tətillərindən birini yaşadığı günü geridə qoyarkən paytaxt Parisdə həyat iflic nöqtəsinə çatıb.
Polislə iğtişaşçılar arasında qarşıdurma yaşanıb.
Ölkə miqyasında 250 müxtəlif nöqtədə təşkil edilən aksiyalara qatılma sayı rəsmi rəqəmlərə görə 806, işçi birliklərinin hesabatına görə isə 1,5 milyon nəfər olub.
Təkcə paytaxtda 250 min insan prezident Emmanuel Makronun siyasətinə etiraz edib. Təhlükəsizlik qüvvələri 90 nəfəri saxlayıb.
Tətilin bazar ertəsinə qədər davam edəcəyi gözlənilir.
Qeyd edək ki, Fransa xalqı hökumətin tətbiq etmək istədiyi təqaüd islahatına qarşı çıxır.




Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31