Türkiyə Prezidenti Britaniyada Avropanın ilk eko-məscidinin açılışında iştirak edib
Türkiyə Prezidenti Britaniyada Avropanın ilk eko-məscidinin açılışında iştirak edib
6 Dekabr 2019 14:21 DünyaTürkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Böyük Britaniya səfəri zamanı Kembricdə yerləşən Avropanın ilk eko-məscidinin açılışında iştirak edib. Eyni zamanda min nəfərin ibadəti üçün nəzərdə tutulan məscidin tikintisi 23 milyon funt sterlinqə başa gəlib.
Açılış mərasimində çıxış edən Türkiyə Prezidenti Avropada ilk eko-məscidin istifadəyə verilməsinin əhəmiyyətli hadisə olduğunu bildirib.
Xatırladaq ki, Rəcəb Tayyib Ərdoğan dekabrın 3-də keçirilən NATO sammitində iştirak etmək üçün Böyük Britaniyaya səfərə gəlib.
azertag.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31