“Nəhayət, mənə Rusiya nömrəsindən zəng gəldi” – Zelenski

“Nəhayət, mənə Rusiya nömrəsindən zəng gəldi” – Zelenski

Rusiyalı pranker (yumor ustası) Aleksey Stolyarov (Leksus) Ukrayna Prezidenti Vladimir Zelenskiyə telefonla zəng etdiyini bildirib.

Bu barədə o, özünün "Feysbuk" səhifəsində bildirib.

A.Stolyarov deyib ki, V.Zelenski inauqurasiyadan bəri prankerin zəngini gözlədiyini bildirib. Pranker telefon danışığının audio yazısını da yayımlayıb.

"Yaxşı, nəhayət, əzizim, Rusiya nömrəsindən zəng etdin! Belə... Nə istəyirsiniz?", - deyə səsi Zelenskinin səsinə bənzəyən adam deyir.

Pranker cavab olaraq V.Zelenskidən Kiyevdə buraxılmasını və Ukrayna Təhlükəsizlik Xidmətinin sanksiyalarının qaldırılmasını istədiyini söyləyib.

"Yaxşı, axşam mən bu barədə maraqlanacağam... Ukraynaya eşq olsun! Biz "Ukraynaya eşq olsun!" deyəndə belə cavab vermək lazımdır",- deyə Ukrayna Prezidenti olduğu güman edilən şəxs bildirib.

Teleqraf.com

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31