SSRİ-dən qaçan KQB mayoru ABŞ-da öldü

SSRİ-dən qaçan KQB mayoru ABŞ-da öldü

SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin 8-ci idarəsinin (rabitə və şifrələmə) keçmiş mayoru Viktor Şeymov ABŞ-da ölüb.

Olaylar.az  xəbər verir ki, bu barədə məlumatı "Komsomolski Pravda" yayıb. Məlumata görə, Şeymov 73 yaşında ciyərlərindəki xəstəlik səbəbindən dünyasını dəyişib.

Qeyd edək ki, Viktor Şeymov 1980-ci ildə ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin vasitəçiliyi ilə SSRİ-dən qaçıb. O, SSRİ rəhbəri Yuri Andropovun əsas kriptoqrafı olub.

Şeymov ABŞ-da1979-cu ildən özünün istəyi əsasında çalışmağa başlayıb. O, ailəsi ilə birgə ölkədən qaçırıldıqdan sonra SSRİ kəşfiyyatı 5 il ərzində ailənin hara yox olduğunu müəyyən edə bilməyib.

Axar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31