Divara yapışdırılmış banan əsəri şok qiymətə satıldı - FOTO
Divara yapışdırılmış banan əsəri şok qiymətə satıldı - FOTO
6 Dekabr 2019 12:25 DünyaABŞ-ın Mayami şəhərində "Art Basel" sənət festivalı keçirilib.
Festival çərçivəsində Maurizio Katellan tərəfindən hazırlanan post-modern əsər ilk gündən satılıb.
Əsər süpermarketdən alınan bir banandan ibarət olub. 15 santimetr uzunluğunda yapışqan bantla ağ divara bərkidilən əsər 120 min dollara satılıb.
Sosial media istifadəçilərindən bəziləri bunu "intellektual faciə", bəziləri isə "ən bahalı banan" olaraq adlandırıb.

AzNews.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31