Rusiya ilə Türkiyə yeni saziş imzalayacaq – Sensasiyalı iddia

Rusiya ilə Türkiyə yeni saziş imzalayacaq – Sensasiyalı iddia

Rusiyanın Türkiyə ilə S-400 sistemlərinin satışı ilə əlaqədar yeni saziş imzalanacağına dair iddia irəli sürülüb.

Olaylar.az  xəbər verir ki, bu barədə Rusiya Federal Hərbi Texniki Əməkdaşlıq Xidmətinin rəisi Dmitri Şuqayev məlumat yayıb:

"Bu istiqamətdə sistematik işləyirik. Ən əsas, bu sahədə əməkdaşlığı davam etdirmək üçün hər iki tərəf qətiyyət nümayiş etdirir".

Xatırladaq ki, Türkiyənin Rusiyadan S-400 zenit raket komplekslərini satın alması ABŞ-la münasibətlərdə gərginlik yaradıb.

Teleqraf.com

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31