Tramp İrana qarşı göndəriləcək 14 min əsgərdən danışdı
Tramp İrana qarşı göndəriləcək 14 min əsgərdən danışdı
6 Dekabr 2019 11:21 Dünya"Səduiyyə Ərəbistanına 12 min əsgər göndərəcəyimizə dair çıxan xəbərlər yanlışdır. Daha doğrusunu desək, bu, yalan xəbərdir".
Bunu ABŞ prezidenti Donald Tramp deyib.
Prezident Konqres və Müdafiə Nazirliyinin qarşı-qarşıya gətirən Yaxın Şərq planına dair tvitterindən fikirlərini paylaşıb.
ABŞ mətbuatında çıxan xəbərlərdə isə bu rəqəm 14 min kimi qeyd edilib.
Qeyd edək ki, "Wall Street Journal" qəzeti Tramp Administrasiyasının İrana qarşı Yaxın Şərqə minlərlə əsgər göndərəcəyini planlaşdırdığını adı açıqlanmayan ali səlahiyyətli rəsmi mənbəyə istinadən xəbər vermişdi. Pentaqon da ötən gün iddianı təkzib edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31