Kreml Tiflislə əlaqəni bərpa etmək istəyir
Kreml Tiflislə əlaqəni bərpa etmək istəyir
6 Dekabr 2019 11:11 DünyaMoskva Gürcüstanla aviauçuşların yenilənməsində maraqlıdır.
Bunu Moskvada Rusiya Xarici İşlər nazirinin müavini Andrey Rudenko ilə görüşdən sonra jurnalistlərə açıqlamasında Gürcüstanın eks-prezidenti Nino Burcanadze deyib.
"Rusiya Gürcüstanla münasibətlərin normallaşdırılması, iki ölkə arasında aviaəlaqələrin bərpasında maraqlı olduğunu açıqlayıb. Tiflisin Rusiya ilə münasibətlərin normallaşdırılmasına daha məsuliyyətli yanaşma nümayiş etdirməsi vacibdir", - deyə o bildirib.
Burcanadze Rusiyanın Gürcüstandakı siyasi proseslərə ölkənin daxili işi kimi yanaşdığını açıqlayıb.
Qeyd edək ki, Burcanadze Moskvaya dekabrın 3-də gedib. Onun səfərinin 5 gün davam edəcəyi gözlənilir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31