Əfsanəvi pilotun avtomobili şok qiməyə satıldı

Əfsanəvi pilotun avtomobili şok qiməyə satıldı

Əfsanəvi pilot Mixael Şumaxer 2002-ci ildə "Formula-1"in çempionu olduğu "Ferrari F2002"si satılıb.

Almaniyalı idmançıya 5-ci çempionluq qazandıran avtomobil Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə 6,6 milyon dollara satılıb.

Qeyd edək ki, 50 yaşlı M.Şumaxer "Formula-1"in yeddiqat çempionudur. 1994 və 1995-ci illərdə "Benetton"la qalib olan pilot 2000-2004-cü illərdə "Ferrari" ilə ardıcıl 5 uğur qazanıb.

Yenisabah.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31