Eyfel qülləsi bağlandı

Eyfel qülləsi bağlandı

Fransadakı təqaüd islahatına qarşı həmkarlar ittifaqlarının keçirdiyi tətillə bağlı Eyfel qülləsi bu gün bağlıdır.

Bu barədə sözügedən idarənin "Twitter" səhifəsində bildirilir.

Xatırladaq ki, hökumətin təqaüd sistemində böyük kəsiri aradan qaldırmaq üçün tətbiq etdiyi islahat çərçivəsində ayrı-ayrı sahələrin işçilərin tez təqaüdə çıxaraq daha çox təqaüd almasını nəzərdə tutan xüsusi rejimlər ləğv olunur, təqaüd fonduna ödəmələrin müddəti isə uzadılır.

open.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31