Pişik 9 aylıq uşağı boğub öldürdü - FOTO
Pişik 9 aylıq uşağı boğub öldürdü - FOTO
4 Dekabr 2019 13:17 DünyaUkraynada dəhşətli hadisə baş verib.
Pişik 9 aylıq uşağın ölümünə səbəb olub. Hadisə Ukraynanın Vinniçya vilayətində baş verib.
Qadın 9 aylıq övladını uşaq arabasında qoyaraq qısa müddətlik evə girib. Bu əsnada özünə isti yer axtaran pişik arabada adyalların olduğunu görərək içinə girib və körpənin boğulmasına səbəb olub.
Araşdırmalar nəticəsində uşağın boğularaq öldüyü təsdiqlənib. Faciədən şoka girən valideynlərə psixoloji dəstək verilib.
Milli.Az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31