Bağdadinin müavini ələ keçirildi

Bağdadinin müavini ələ keçirildi

İŞİD-in eks-lideri Əbubəkr Bağdadinin müavini Hamed Şaker Səba əl-Bədri ələ keçirilib.

Bu məlumatı "Əs-Sumariyə" televiziyası yayıb. Məlumata görə, Bədrini İraq hərbi qüvvələrinin bölmələri Kərkükdə yaxalayıblar.

Qeyd edək ki, Bədri "İbn Haldun" ləqəbiylə tanınıb. O, İŞİD-in kəşfiyyat məsələlərinə rəhbərlik edib.

axar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31