Yeni hökumət nazirləri ölkədən buraxmadı

Yeni hökumət nazirləri ölkədən buraxmadı

Boliviyanın yeni hökuməti Evo Moralesin dönəmində nazir vəzifəsini tutmuş bir sıra nazirlərin ölkəni tərk etməsinə qadağa qoyub.

Bunu Boliviya Prezident Administrasiyasının rəhbəri Xeresa Xustiniano deyib. O, bu şəxslərin ölkədəki situasiyanın həlli ilə bağlı dialoqda iştirak üçün saxlanıldığını bildirib.

Xustiniano ölkədə saxlanılan nazirlərin adlarını və saylarını açıqlamayıb. O, keçmiş nazirlərin hökumətlə dialoqa Moralesin MAS Partiyasının adından qatılmalı olduğunu söyləyib:

"Biz hesab edirik ki, onlar dialoqun iştirakçısı olacaqlar. Əgər onlar gedirlərsə, o zaman biz kimlə dialoqu aparmalıyıq?"

axar.az

Yeni dövlət başçısı qarşısında tələb: İstefa...

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31