Yeni dövlət başçısı qarşısında tələb: İstefa...
Yeni dövlət başçısı qarşısında tələb: İstefa...
20 Noyabr 2019 10:59 DünyaBoliviyada minlərlə vətəndaş dövlət başçısı vəzifəsinə gətirilən parlament sədrinin müavini Janin Anyesin istefasını tələb edir.
Olaylar.az xəbər verir ki, 20 fərqli bölgədən paytaxt La Paza gələn mitinqçilər küçələrdə hərəkətin dayanmasına səbəb olub.
Küçələrdə barrikada quran mitinqçilər Anyesi "irqçi və çevrilişçi" olmaqda ittiham edərək istefaya səsləyiblər.
Polisin mitinqə müdaxiləsi nəticəsində 2 nəfər həlak olub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31