Həbsxanadan qaçdı: "yubka" geyinib oğurluq etdi-VİDEO
Həbsxanadan qaçdı: "yubka" geyinib oğurluq etdi+VİDEO
14 Noyabr 2019 13:38 DünyaTürkiyədə həbsxanadan qaçan məhkum qadın paltarı geyinərək oğurluq edib.
Hadisə Aydın vilayətinin Efelər qəsəbəsində qeydə alınıb. Tanınmamaq üçün qadın paltarı geyinən 3 nəfər marketin şüşəsini sındırıb içəri daxil olaraq 2 kassa aparatını götürüblər. Aydın şəhər Polis Şöbəsinin əməkdaşları təhlükəsizlik kamerasından istifadə edərək oğrular - M.G., Y.Y. və S.B.nı tuta biliblər.
Saxlanılan şəxslər cinayət işi açıldıqdan sonra qapalı cəzaçəkmə müəssisəsinə yerləşdiriliblər. Araşdırma zamanı Y.Y.nın həbsxanadan qaçdığı üçün axtarışda olduğu müəyyən edilib.
Oxu24.com
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31