Ticarət mərkəzində terror aktının qarşısı alınıb

Ticarət mərkəzində terror aktının qarşısı alınıb

Türkiyənin Adana vilayətində keçirilmiş xüsusi əməliyyat nəticəsində ticarət mərkəzində iri terror aktının qarşısı alınıb.

Olaylar.az türk mediasına istinadən bildirir ki, kəşfiyyat xidmətinin keçirdiyi əməliyyat nəticəsində iki PKK terrorçusu saxlanılıb.

Onlardan birinin Suriya vətəndaşı olduğu deyilir.

Digər saxlanan şəxs isə İraqın şimalında PKK düşərgələrində təlim keçib.

Əməliyyatın digər təfərrüatları barədə məlumat verilməyib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31