Türkiyə ağacəkmə üzrə Ginnesin "Rekordlar" kitabına düşdü - FOTO

Türkiyə ağacəkmə üzrə Ginnesin "Rekordlar" kitabına düşdü - FOTO

Türkiyədə Milli Ağacəkmə Günündə bir saat ərzində əkilmiş ağac şitillərinin miqdarı üzrə yeni dünya rekordu əldə edilib.

Olaylar.az  türk mediasına istinadən bildirir ki, Çorum əyalətində bir saat ərzində 303150 ağac əkilib. Bu göstəricini Ginnesin "Rekordlar" kitabının nümayəndələri qeydə alıblar. 

Aksiyaya həsr edilmiş mərasimdə çıxış edən dövlət başçısı Rəcəb Tayyib Ərdoğan bildirib ki, son 17 ildə ölkədə 4,5 milyard ağac əkilib. Ölkədə meşələrin sahəsi isə 20,8 milyon hektardan 22,6 milyon hektara çatıb. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31