Bu paradokslar sizi düşündürəcək – Bərbər paradoksu...
Bu paradokslar sizi düşündürəcək – Bərbər paradoksu...
12 Noyabr 2019 16:44 Dünyaİnsan zehnində var olan və doğru olduğuna əmin olunan bir fikirin özünün içində təzadın olması, məntiqi əsaslara sığmır. Bu paradoksdur. Paradoks anlayışı ilk dəfə XVII yüzillikdə Avropada istifadə edilib. Bu zaman ərzində elm adamları və rahiblər bu anlayışın yayılmasına daha çox şərait yaratdı.
Gümüzdə məşhur olan bir neçə parodoksu təqdim edirik:
Bərbər paradoksu
Sadəcə bir kişi bərbərin olduğu qəsəbə düşünün. Bu qəsəbədə hər kişi bunlardan birini etməklə daima təraşlı gəzməkdədir.
özünü təraş edərək bərbərə gedərək
Fərqli şəkildə ifadə edərsək: bərbər yalnız qəsəbədə özünü təraş edə bilməyən kişiləri təraş edir. Bunlar aşağıdakı paradoksal sual xaricində məntiqli görünməkdədir.
Bərbəri kim təraş edir?
Bu sual paradoks yaradır. Bərbər yalnız aşağıdakı adamlar tərəfindən təraş edilə bilər.
özü
bərbər (yenə özü)
Ancaq bu variantlardan heç biri keçərli deyil. Çünki:
Əgər bu adam özünü təraş edərsə, bərbər (özü) tərəfindən təraş edilməməli.
Əgər bu adam özünü təraş etməzsə, bərbər (özü) tərəfindən təraş edilməli.
Axilles və tısbağa
Zenonun Axilles haqda məşhur paradoksuna nəzər salaq. Bu paradoksa görə, guya, Axilles heç vaxt tısbağaya çata bilməz, çünki o, tısbağanın yerləşdiyi nöqtəyə çatan vaxt tısbağa artıq onu qabaqlayır.
Paradoks bundan ibarətdir: Axilles tısbağaya çata bilmir, çünki o, tısbağaya çatana kimi o, müəyyən qədər yerini dəyişir, Axilles bu məsafəni də qət edənə kimi tısbağa yenə müəyyən məsafədə yerini dəyişir və beləcə sonsuzluğa qədər davam edir. Beləliklə, Axilles nə qədər sürətlə qaçırsa, tısbağa ondan qabaqda sürünür. Yeri gəlmişkən, bu, yanlış fikirdir, çünki Axilles tısbağadan daha sürətlə qaçır. Burada isə nəticə hər iki subyektin vaxt üzrə yerdəyişməsi və istiqamətindən yox, sürətdən asılıdır.
Yalan paradoksu
Yalançı həqiqətən də yalan danışıdığını iddia edirsə - bu, yalandır, yoxsa, həqiqət?
Onun dediyi yalandırsa, onda o, həqiqət söyləyəndir; lakin dediyi həqiqətdirsə, onda o, yalançıdır.
Latınca paradoks sözü qədim yunanların dilindən götürülüb və "qəbul olunmuş rəyə zidd olan" mənasını verir.
Paradoks bir neçə tipli olur, əksər paradoksların ümumi xüsusiyyəti bizi etdiyimiz bəyanat barədə düşünməyə dəvət etməsidir.
Bəzi paradokslar onilliklər, hətta əsrlər boyu həll edilməmiş qalır. Lakin əksəriyyəti elmdə, riyaziyyat və fəlsədə yaradıcı debatların dərinləşməsinə təkan verir